...

Əqli Mülkiyyət Agentliyinin nəzdində fəaliyyət göstərən “960 Çağrı Mərkəzi” nə iş görür? (FOTO)

Cəmiyyət Materials 6 Mart 2025 16:42 (UTC +04:00)
Əqli Mülkiyyət Agentliyinin nəzdində fəaliyyət göstərən “960 Çağrı Mərkəzi” nə iş görür? (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əqli Mülkiyyət Agentliyinin nəzdində fəaliyyət göstərən “960 Çağrı Mərkəzi” yarandığı 2021-ci ildən bəri öz işini uğurla həyata keçirməyə çalışır. Ümumiyyətlə, Əqli Mülkiyyət Agentliyi vətəndaş məmnunluğunu yaratmağı əsas vəzifələrdən biri kimi qarşıya qoyub.

Trend xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, Əqli Mülkiyyət Agentliyi tərəfindən yaradılmış “İddiaçıların Əqli Mülkiyyətə dair Sorğuları üzrə iş sektoru (Çağrı Mərkəzi) dövlət orqanında qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadə əməllərinin qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə təşkil olunmuşdur. Çağrı Mərkəzinin təyinatı Agentliyin fəaliyyəti ilə bağlı sualların (sorğuların, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə bağlı müraciətlərin) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılmasından, məlumatlandırma və məsləhət xidməti göstərilməsindən, şikayətlərin (məlumatların, təkliflərin) qəbulu və yönləndirilməsindən ibarətdir.

Çağrı Mərkəzinin “960” qaynar xətti ilə əlaqə gün ərzində saat 9:00-dan 18:00-a kimi fasiləsiz olaraq təmin edilir. 960 qaynar xəttinə hər ay minlərlə zəng daxil olur. Sual-cavab kateqoriyasına əsasən zənglər ixtiralar, sənaye nümunəsi, əmtəə nişanları, müəllif hüquqları, hüquq, reyestr xidmətləri, maliyyə, Apellyasiya Şurası, PƏNAH sistemində qeydiyyat, həmçinin iddia sənədlərinin icra vəziyyəti və sairəni əhatə edir. Mərkəzin əməkdaşları daxil olan sualları ya birbaşa, ya da araşdırıb geri dönüş etməklə cavablandırır, zəruri hallarda isə müvafiq şöbələrin əməkdaşlarına yönləndirirlər.

Çağrı Mərkəzində iddiaçıların və sahibkarların əqli mülkiyyətin istənilən sahəsi üzrə məsləhət almağa gəlməsi üçün lazımi şərait yaradılmışdır. Bu məqsədlə xüsusi məsləhət otaqları ayrılmışdır. İddiaçılar məsləhət otaqlarına yaxınlaşaraq, Çağrı Mərkəzinin peşəkar əməkdaşları və ya aidiyyatı şöbələrin ekspertləri ilə canlı ünsiyyət quraraq suallarına aydınlıq gətirə bilərlər.

Eyni zamanda Çağrı Mərkəzinin əməkdaşları iki həftəlik növbəli rejimlə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində Əqli Mülkiyət Agentliyinin masasını təmsil edir və müraciət edən sahibkarlara əqli mülkiyyətlə bağlı analoji xidmət göstərirlər.

Əqli Mülkiyyət Agentliyi vətəndaş məmnunluğunun yaradılmasına çalışır. Xatırladırıq ki, iddiaçıların, müraciət edənlərin ünvanladığı xoş sözlər və minnətdarlıq fikirləri bunu bir daha sübut edir.

Çağrı Mərkəzində yalnız xanım əməkdaşlar çalışırlar. 8 mart - Beynəlxalq Qadınlar günüdür. Bu münasibətlə Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kişi əməkdaşları Çağrı Mərkəzinin xanım işçiləri ilə bərabər Agentliyin bütün xanım əməkdaşlarını təbrik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti