Bakı. Trend:
2025-ci ilin yanvar ayında əhalinin sayı 2935 nəfər və ya 0,03 faiz artaraq 2025-ci il fevral ayının 1-i vəziyyətinə 10 227 824 nəfərə çatıb.
Trend bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Qeyd edilib ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.