...

Bəzi ərazilərdə qaz olmayacaq

Cəmiyyət Materials 10 Aprel 2025 23:34 (UTC +04:00)
Bəzi ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Sabah Zaqatala rayonunun Muxax kəndi və Ağdaş rayonu ərazisində Dovudlu kəndində qaz təchizatı dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin (RQİİ) Zaqatala xidmət sahəsində Zaqatala rayonu Muxax kəndində qaz sayğaclarının girişinə qədər olan hissələri əymə borularla əvəz olunacaq.

Bununla əlaqədar aprelin 11-də saat 09:30-dan etibarən 45 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Həmçinin Zaqatala RQİİ-nin Ağdaş rayonu ərazisində Dovudlu kəndində yivli birləşmələrin ləğvi ilə əlaqədar 11.04.2025-ci il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək cəmi 98 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.

Xəbər lenti

Xəbər lenti