...

Cahangir Zeynalov Adanada teatr yaradıb, Azərbaycana gətirilsin, sənəd məbədimizdə dava-dalaş gedir – Deputat

Cəmiyyət Materials 11 Aprel 2025 11:29 (UTC +04:00)
Cahangir Zeynalov Adanada teatr yaradıb, Azərbaycana gətirilsin, sənəd məbədimizdə dava-dalaş gedir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nəsibə Zeynalovanın oğlu Cahangir Zeynalovun Azərbaycana dönməsi barədə düşünmək lazımdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Səyyad Salahlı parlamentin bu gün keçirilən plenar iclasında çıxışında bildirib.

O bildirib ki, hazırda sənəd məbədimizdə dava-dalaş gedir.

"Görün sənət camiəmiz nə vəziyyətdədir? Bu adamla maraqlanmaq, onu ölkəyə dəvət eləmək lazımdır. İstedad 100 ildə bir dəfə yetişir. Biz onun kinoda oynadığı rolları xatırlayırıq. Çox arzu edərdim ki, bu adama diqqət yetirilsin, məktəbini yaratsın. Bu adam heç nədən Adanada böyük teatr yaradıb. Əlaqədar təşkilatlar bu adamı Azərbaycana qaytarsınlar", - deyə deputat fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti