Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Roma Papası Fransiskin vəfatı ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
"Sülh, mərhəmət və dialoqa sadiqliyi ilə dünyamızda silinməz iz
qoymuş lider Roma Papasının vəfatını dərin hüznlə yad edirik. Onun
cəmiyyətin həssas təbəqələrinin müdafiəsində yorulmadan çalışmağı
və dinlərarası dialoqa olan dərin bağlılığı milyonlarla insana
ilham verərək müxtəlif mədəniyyətlər arasında anlayış ruhunu
gücləndirib.
Roma Papası Fransisk harmoniya, dözümlülük və müxtəlif
sivilizasiyalar arasında qarşılıqlı hörmətin təşviqinə yönəlmiş
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin missiyası ilə uyğun dəyərlərin
təcəssümü idi. Onun 2019-cu ildə Mərkəzimizlə əməkdaşlığı mədəni
diplomatiyanın əhəmiyyətini və iqlim dəyişikliyi ilə sosial
ədalətsizlik də daxil olmaqla, qlobal problemlərin həlli üçün birgə
səylərin vacibliyini vurğuladı.
Onun irsinə nəzər saldıqda, dialoqun daha dinc bir dünya qurmaq
və müxtəliflikləri aradan qaldırmaq və üçün nə qədər mühüm rol
oynadığını bir daha xatırlayırıq. Katolik icmasına və onun sevgi və
həmrəylik mesajından təsirlənən hər kəsə dərin hüznlə başsağlığı
veririk.
Papa Fransiskin xatirəsinə hörmət əlaməti olaraq, biz anlayış və
mərhəmət prinsipləri əsasında birləşmiş dünya vizyonunu davam
etdirmək öhdəliyimizi bir daha təsdiqləyirik və insanlıq arasında
əlaqələrin qurulmasına töhfə verməyə davam edəcəyik".