...

Tovuzda aliment borcunu ödəməyən kişi həbs olunub

Cəmiyyət Materials 8 Avqust 2025 09:57 (UTC +04:00)
Tovuzda aliment borcunu ödəməyən kişi həbs olunub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Tovuz rayonu, Qovlar qəsəbə sakini 8126 manat aliment borcunu ödəmədiyi üçün həbs olunub.

Trend-in məlumatına görə, o, 2023-cü ildən başlayaraq 2 azyaşlı övladı üçün ödəməli olduğu 440 manat alimenti üzrsüz səbəbdən ödəməyib.

2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirib.

Tovuz Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti