...

Bağışlanan təhsil tələbə kreditlərinin həcmi açıqlanıb

Cəmiyyət Materials 25 Dekabr 2025 10:46 (UTC +04:00)
Bağışlanan təhsil tələbə kreditlərinin həcmi açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fond tərəfindən 761min manata yaxın kredit vəsaiti bağışlanıb.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində fondun idarə heyətinin sədri Bəhruz Əzimov təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, geri ödəniş mərhələsində kreditlərin verilmə qaydasına əsasən normativ təhsil müddətində akademik göstəriciləri yüksək olan məzunların kredit vəsaitlərinin müəyyən hissəsi dövlət tərəfindən bağışlanır:

"Ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan məzunlara 681 Sosial TTK müqaviləsi üzrə 50 faiz və 1 679 Standart TTK müqaviləsi üzrə 25 faiz güzəştlər tətbiq olunub, ümumilikdə 761min manata yaxın kredit vəsaiti bağışlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti