...

Təhsil tələbə kreditinə müraciətlərə hansı halda imtina verildiyi açıqlanıb

Cəmiyyət Materials 25 Dekabr 2025 11:33 (UTC +04:00)
Təhsil tələbə kreditinə müraciətlərə hansı halda imtina verildiyi açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsil kreditləri üzrə seçim zamanı tələbələrin akademik göstəriciləri və sosial uyğunluğu əsas meyar kimi nəzərə alınır.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Bəhruz Əzimov fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində jurnalistlərin suallarına cavablandırarkən bildirib.

Onun sözlərinə görə, təhsil kreditlərinin ayrılması üçün tələbənin göstəriciləri əsas rol oynayır:

"Əgər sosial kredit üzrə müraciət edən tələbənin sosial uyğunluğu sistemdə təsdiqlənmirsə, müraciətə imtina cavabı verilir.

Standart təhsil kreditində isə qiymət ortalaması əsas götürülür. Belə ki, tələbə ikinci və sonrakı semestrlərdə minimum 71 bal toplamalıdır. Əgər bu tələbi yerinə yetirməzsə, kredit verilməsindən imtina olunur. Həmçinin, hər iki kredit növü üzrə tələbənin akademik borcunun (kəsirinin) olması da imtina səbəblərindəndir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti