...

Naxçıvanda avtomobil yolları qardan təmizlənir (FOTO)

Cəmiyyət Materials 2 Yanvar 2026 18:53 (UTC +04:00)
Naxçıvanda avtomobil yolları qardan təmizlənir (FOTO)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının bəzi rayon, qəsəbə və kəndlərinə bir neçə gündür aramsız qar yağır.

Trend-in məlumatına görə, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər.

Məlumata əsasən, hazırda təhlükəsiz və fasiləsiz hərəkətin təmin olunması məqsədilə Şərur, Ordubad, Şahbuz, Kəngərli rayonlarının ərazilərində respublika və yerli əhəmiyyətli avtomobil yollarında qardan təmizləmə işləri aparılır.

Muxtar respublikanın avtomobil yollarında qardan təmizləmə işləri gücləndirilmiş iş rejimində davam etdirilir. Yolların daim açıq saxlanması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün texnikalar və canlı qüvvə ərazilərə səfərbər olunub.

Yollarda qar təmizləmə və qum-duz səpilməsi işləri intensiv şəkildə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti