...

Ötən il fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib

Cəmiyyət Materials 7 Yanvar 2026 10:08 (UTC +04:00)
Ötən il fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə ölkənin müxtəlif ərazilərində fəaliyyət göstərən fermer təsərrüfatlarına 9 milyon 147 min manat məbləğində aqrar sığorta ödənişi həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu göstərici əvvəlki ildə həyata keçirilmiş ödənişlərlə müqayisədə 2,7 milyon manat və ya 43 faiz çoxdur.

Bildirilib ki, 2025-ci ildə həyata keçirilən sığorta ödənişlərinin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı isə heyvandarlıq sığortasının payına düşüb. Bu il ödənişlərin əsas hissəsi şaftalı, nektarin, badam bağlarına, eləcə də taxıl, qarğıdalı və digər əkinlərə aid olub.

Ümumilikdə, 2020-ci ildə fəaliyyətə başlayan Aqrar Sığorta Fondu tərəfindən indiyədək 22,6 milyon manat sığorta ödənişi həyata keçirilib.

Fond fermerlərə və təsərrüfatlara 2021-ci ildə 200 min manat, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə isə 6,4 milyon manat məbləğində sığorta ödənişi həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti