Bakı.Trend:
Yanvarın 7-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 1 saylı hava xəttində təmir işi aparılacaq.
Trend xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində və rayonun Köhnə Amankənd, Muğan, Yuxarı Ağalı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
