...

Çövkən Qırmızı dəniz sahilində: Marsa Alam beynəlxalq arenaya çevrildi (FOTO)

Cəmiyyət Materials 13 Yanvar 2026 15:04 (UTC +04:00)
Çövkən Qırmızı dəniz sahilində: Marsa Alam beynəlxalq arenaya çevrildi (FOTO)

Bakı. Trend:

Misirin Qırmızı dəniz sahilində yerləşən Marsa Alam kurort şəhərində çövkənə həsr olunmuş beynəlxalq idman-turizm festivalı keçirilib.

Trend xəbər verir ki, tədbir Misirin idman turizmini inkişaf etdirmək və yeni idman növlərini beynəlxalq səviyyədə tanıtmaq strategiyası çərçivəsində təşkil olunub.

Festivalın təşkilati və idman proqramının formalaşdırılmasında Beynəlxalq Çövkən Federasiyası fəal iştirak edib. Federasiya tədbirin beynəlxalq çərçivədə həyata keçirilməsinə töhfə verib və çövkənin müxtəlif ölkələr arasında idman və mədəni əlaqələrin qurulmasında rolunu ön plana çıxarıb.

Tədbirdə bir sıra ölkələrdən olan idmançılar iştirak ediblər ki, bu da çövkənin getdikcə artan beynəlxalq marağa sahib olduğunu göstərib. Festival çövkənin müasir formatda təqdim olunması və yeni auditoriyalara çatdırılması baxımından əhəmiyyətli platforma olub.

Misir tərəfi çövkəni ölkə üçün yeni, lakin perspektivli idman növü kimi təqdim edib. Rəsmi şəxslər və turizm mütəxəssisləri bildiriblər ki, çövkənin dinamikası, vizual cəlbediciliyi və atçılıq mədəniyyəti ilə bağlılığı kurort şəhərləri üçün xüsusilə uyğun mühit yaradır.

Beynəlxalq Çövkən Federasiyası Marsa Alamda keçirilən bu festivalı çövkənin regional və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm mərhələ kimi dəyərləndirib. Tədbirin idman, mədəniyyət və turizmi bir araya gətirən uğurlu nümunə olduğu vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti