Bakı.Trend:
İnsanların sosial mediada tüğyan edən yalanlar və şərə qarşı duruş gətirməsi üçün media savadlılığı əsas şərtdir.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bu gün “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədə səsləndirib.
O bildirib ki, Azərbaycanın uğurlarına qarşı qəsdən saxta xəbərlər yayılır.
“Bunların arasında bilməyərəkdən, nadanlıqdan, savadsızlıqdan yayılan xəbərlər olur. Bunun qarşısının alınması media savadlılığı ilə bağlıdır”.
O əlavə edib ki, hər birimiz vətəndaş olaraq fəallıq nümayiş etdirib, dezinformasoyalara qarşı mövqeyimizi ortaya qoymalıyıq.
