...

Dezinformasiya təhlükəsinin ictimai müzakirəsi keçirildi (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2026 13:26 (UTC +04:00)
Dezinformasiya təhlükəsinin ictimai müzakirəsi keçirildi (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Yanvarın 21-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, bu günlərdə DavosdaDünya İqtisadi Forumu (WEF) “Qlobal Risklər Hesabatı”nı ("Global Risks Report") açıqlayıb. Hesabata görə, dezinformasiya, saxtaməlumatlar Azərbaycan üçün 2026-cı ildə əsas risk kimi göstərilib. Hesabatda dezinformasiyahəmçinin qlobal miqyasda da ciddi təhlükə kimidəyərləndirilib:

“Dezinformasiya müasir dövrdə təkcə informasiya sahəsini deyil, ictimai sabitliyi, dövlət-vətəndaş münasibətlərini, demokratik institutları hədəfə alan sistemli təhlükəyə çevrilib. Bu mövzuda vətəndaş cəmiyyəti həmişəkindən daha həssas olmalı, saxta məlumatları vaxtında ifşa etməli, onun tirajlanmasının qarşısında səddə çevrilməlidir. Dünya İqtisadi Forumunun dezinformasiyanı Azərbaycan üçün əsas risk kimi göstərməsi ciddi siqnaldır. Ona görə də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu tərəfdaş qurumlarla birgə vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə bu ictimai müzakirəni təşkil etməyə qərar verdi”.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, bütün dünyada dezinformasiya təhdidləriartan templə irəliləyir, müasir dövrdə sosial media platformaları dezinformasiyanın əsas yayılma məkanına çevrilib: “Dezinformasiyanın bütün təzahür formalarına qarşı mübarizədə Azərbaycan dövlətinin güclü siyasi iradəsi var. Amma bu prosesdə ictimai sayıqlıq, media savadlılığı, cəmiyyətin yüksək intellektual səviyyəsi ən güclü silahdır".

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, media subyektlərinin“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qayaları”na riayət etməsi vacibdir və bu yaxşı nümunə kimi sosial media fəallarına da təsir edə bilər: “Qaydaların birinci prinsipində bildirilir ki, jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır. Ümumən qaydaların bütün prinsiplərinə riayət cəmiyyətin dezinformasiya təmayüllərindənqorunması baxımından vacib istinadgahdır”.

İctimai müzakirə çərçivəsində keçirilən tematik sessiyalarda dezinformasiyaya müxtəlif tərəflərdən baxış sərgilənib.

“Süni intellektlə yaradılmış saxta görüntülər, videolar və bot şəbəkələrinin ictimai rəyə təsiri” mövzusunda çıxış edən Mediada İnnovativTəşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli bu texnologiyaların yan təsirlərinə, informasiya manipulyasiyası baxımından yaratdığı yeni risklərə diqqət çəkib.

“Vətəndaşların media savadlılığının artırılması və sosial media platformalarında dezinformasiyaya qarşı ictimai maarifləndirmədəQHT-lərin rolu” mövzusunda sessiyadaBeynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT-lərin bu sahədə ictimai nəzarət mexanizmləri barədə mülahizələrini bölüşüblər.

“Azərbaycana qarşı hibrid təhdidlər, informasiya savaşının geosiyasi aspektləri və qabaqlayıcıtədbirlər” mövzusunda sessiyada Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli və Sosial Təşəbbüslər Mərkəzi İctimai Birliyinin sədriSənan Nəcəfov qlobal miqyasda hibrid təhdidlərin əhatə dairəsinin genişlənməsinə və yeni təzahür formalarına diqqət çəkiblər.

“Dezinformasiyanın regional dinamikası: Qlobal Cənub və Türk Dünyası təcrübələri” mövzusunda sessiyada Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi, millət vəkili, Azər Allahverənov bildirib ki, Türk dünyası üçün informasiya məkanında koordinasiyalı fəaliyyət strateji əhəmiyyət daşıyır.

Qlobal Cənub QHT PlatformasınınKatibliyinin nümayəndəsi Fuad Kərimlidezinformasiyanın Qlobal Cənub ölkələrindəkifəsadları barədə danışıb. O, qeyd edib ki, Qlobal Cənub məkanında rəqəmsal savadlılığın yetərli olmaması, yerli dillərin süni intellekt sistemlərində tam əhatə olunmaması və texnoloji resurs çatışmazlığı dezinformasiyanın təsir gücünü artırır.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu cəmiyyət üçün aktual mövzularda ictimai müzakirələri davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti