Bakı. Trend:
Bakı 17–22 may tarixlərində keçiriləcək WUF13-ə ev sahibliyi etməkdən böyük qürur duyur.
Trend xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev paylaşım edib.
O bildirib ki, artıq 158 ölkədən 10 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Forumun dayanıqlı, inklüziv və davamlı şəhər inkişafı üçün mühüm beynəlxalq platformaya çevrildiyini göstərir:
“Bütün tərəfdaşları və maraqlı tərəfləri bu vacib dialoqa qoşulmağa dəvət edirik. İndi qeydiyyatdan keçin və Bakıdakı WUF13-ün bir hissəsi olun”, - deyə o, əlavə edib.
