...

Məktəb direktorunun şagirdi döyməsi iddiaları ilə bağlı araşdırma başlandı - RƏSMİ

Cəmiyyət Materials 29 Yanvar 2026 12:14 (UTC +04:00)
Məktəb direktorunun şagirdi döyməsi iddiaları ilə bağlı araşdırma başlandı - RƏSMİ
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı bildiririk ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki, şagirdi vuran şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb:

"Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək. Media nümayəndələrini proses yekunlaşana qədər yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq", məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial mediada məktəb direktorunun şagirdi döyməsi ilə bağlı iddialar və hadisəni əks etdirən görüntülər yayılıb. İddialara görə, hadisə İmişli rayon Hacalmuradlı kənd Q. Tarverdiyev adına tam orta məktəb baş verib. Şagird məktəbin direktoru Ruslan İbayev tərəfindən döyüldüyü bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti