Bakı. Trend:
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzə müalicə məqsədilə müraciətlər hamsı könüllüdür və bu müraciətlər əvvəlki ilə nisbətən azalıb.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Baş direktoru Fəzail Sadıqov açıqlayıb.
Onun sözlrinə görə, xəstələr xüsusilə Bakı şəhərində yaşayanlar
Bakı şəhər Narkoloji Mərkəzində ambulator müalicələr alırlar: “Bir
çox xəstələr anonim müalicə almaq hüququndan istifadə edərək
ambulator və ya ev şəraitində müalicə olunurlar. Məcburi müalicə
Azərbaycan qanunvericiliyinə görə məhkəmə tərəfindən tətbiq olunur
və bu müalicə formasının sayında da çoxalmalar müşahidə
olunur”.
Baş direktor qeyd edib ki, ümumən narkotiklərdən istifadə, onun
sosial, tibbi, psixoloji və hüquqi fəsadları haqda əhalinin
maarifləndirilməsi nəticəsində bu xəstəlikdən əziyyət çəkən
şəxslərin narkoloji tibb müəssisələrinə müraciətlərini artırır:
“Qeyd edək ki, bütün dünya üzrə narkotik asılılığı olan şəxslərin
hər 6 nəfərindən biri müalicə ala bilirsə, bu rəqəm Azərbaycanda
6-nın 6-yadır. Yəni hər bir xəstə istər anonim şəkildə, istərsə də
adi qaydada narkoloji müəssisədə müalicə ala bilir”.
