...

Samuxda 16 kiloqram narkotik vasitə aşkarlandı (FOTO/VİDEO)

Cəmiyyət Materials 5 Fevral 2026 08:17 (UTC +04:00)
Samuxda 16 kiloqram narkotik vasitə aşkarlandı (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş, 37 yaşlı Heydər Quliyev saxlanılıb.

Trend xəbər verir ki, həmin şəxsdən ümumi çəkisi 16 kiloqram 155 qram olan narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, H. Quliyev narkotikləri satmaq məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti