...

QUBADA KEÇİRİLƏCƏK QADIN VOLEYBOL KOMANDALARI ARASINDA "QRAN-PRİ" YARIŞLARINA HAZIRLIQ İŞLƏRİ BAŞA ÇATIB

Cəmiyyət Materials 19 İyul 2005 18:41 (UTC +04:00)

İyulun 26-dan Azərbaycanda, Quba şəhərində starta çıxacaq qadın voleybol komandaları arasında "Qran-pri" yarışlarına hazırlıq işləri başa çatıb. Bu haqda Trend ə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.

Məlumatda yarışların keçiriləcəyi idman komplekslərində işıqlandırma sistemlərinin dəyişdirildiyi, əlavə məşq və istirahət otaqlarının inşa edildiyii bildirilib.

Avropa Voleybol Federasiyasının(CEV) təşkilatçılığı ilə keçiriləcək turnirdə iştirak etmək üçün qitənin 7 ən güclü yığma komandası iyulun 24-də Azərbaycana gələcək.

Məlumatda bu ilin avqustunda Romada keçiriləcək Dünya Kubokunun finalına vəsiqə almaq uğrunda 8 milli komandanın iki yarımqrupda mübarizə aparacağı bildirilib.Yarımqrup oyunları Qubadakı Olimpiya İdman kompleksində və "Cənnət bağı" istirahət mərkəzində keçiriləcək.

"A" qrupunda Azərbaycanla yanaşı, Almaniya, Türkiyə və Bolqarıstan yığma komandaları yarışacaq."B" qrupunda isə Rusiya, Polşa, Hollandiya və Rumıniya komandaları mübarizə aparacaqlar.

Yarışlarda ilk üç nəticə göstərmiş (I, II və III yerlər) yığma komandalar Dünya Kubokunun finalında yarışacaqlar. Finalda Avropa komandalarına, yarışlara ev sahibliyi edəcək İtaliya yığması da qoşulacaqdır.

Digər yarımqrupda isə Asiyadan bir və Amerika qitəsindən seçiləcək 3 komanda yarışacaqlar.

Xəbər lenti

Xəbər lenti