...

TƏHSİL NAZİRLİYİ NAZİRLƏR KABİNETİNƏ MƏKTƏBLƏRİN MADDİ-TEXNİKİ BAZASININ TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ BİR SIRA TƏKLİFLƏR TƏQDİM EDİB

Cəmiyyət Materials 1 Avqust 2005 17:19 (UTC +04:00)

Azərbaycanın təhsil nazirliyi ölkənin Nazirlər Kabinetinə ümumtəhsil məktəblərinin maddi -texniki bazasının təkmilləşdirilməsi dövlət proqramının gerçəkləşdirilməsi üzrə bir sıra təkliflər təqdim edib. Bu barədə Trend agentliyinə Azərbaycanın təhsil nazirliyində bildirilib.

Təkliflər məktəblərin kompyüterləşdirilməsinin maliyyələşdirilməsi mexanizmlərinə aiddir.İlkin mərhələdə Bakı və Sumqayıt ümumtəhsil məktəblərinin kompyüterləşdirilməsi, bu məktəblərin informatika müəllimləri üçün treninqlərin keçirilməsi nəzərdə tutulur.Təqvim ilinin sonunadək kompyüterlər alınacaq və məktəblərə veriləcək.

Nazirlikdə bildirilib ki, yeni tədris ilinin əvvəlinədək bütün şagirdlər dövlət büdcəsindən ayrılmış (42 mlrd. manat) vəsait hesabına dərsliklərlə pulsuz təmin ediləcəklər.

Xəbər lenti

Xəbər lenti