...

KAZANDA "QIZIL MİNBƏR" BEYNƏLXALQ MÜSƏLMAN KİNOSUNUN FESTİVALI KEÇİRİLİR

Cəmiyyət Materials 5 Sentyabr 2005 16:19 (UTC +04:00)

("Tatar-inform") - Bu gün Tatarıstanın paytaxtında "Orqanik" kinoteatrında I "Qızıl minbər" beynəlxalq müsəlman kinosu festivalının açılış mərasimi keçiriləcək. Bir həftə ərzində Kazanda Rusiya və xarici kinostudiyaların islama həsr olunmuş 30-a yaxın sənədli və multiplikasiya filmləri nümayiş etdiriləcək.

Rusiya kinosu festivalda Kazan və Ufa kinematoqraflarının, həmçinin sənədli film rejissorlarının işləri ilə birlikdə təqdim olunacaq. Festivala sentyabrın 10-da Q.Kamal adına Tatarıstan dövlət akademik teatrının səhnəsində yekun vurulacaq və qaliblər mükafatlandırılacaq.

Tanınmış ssenarist Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi münsiflər heyəti "Qızıl", "Gümüş" və "Bürünc" minbərlərə layiq kinoları müəyyən edəcək. Həmçinin "Ən yaxşı kişi rolu", "Ən yaxşı qadın rolu" və "Ən yaxşı rejissor işi" üzrə nominasiyalar da təsis olunub.

Hakimlər kollegiyasının tərkibinə Misir, Suriya, İran, Azərbaycan və Qazaxıstandan məşhur kino tənqidçiləri, aktyorlar və rejissorlar daxildir. Moskvalı kino tənqidçisi Kirill Razloqov, tatar yazıçısı Tufan Minnullin və Başqırdıstan nümayəndəsi Rais İbrahimov münsiflər heyətinin üzvləridir.

Əsas mükafatlarla yanaşı, Tatarıstan prezidenti və Rusiya Müftiləri Şurasının mükafatları, həmçinin, "Qızıl minbər"in təsisçilərindən biri olan "İslam dünyası" televideoşirkətinin "İslama çağırışda roluna görə" mükafatı təsis olunub. "Qızıl Minbər"in işini daha yaxşı işıqlandırmış jurnalis sponsordan mükafat alacaq.

Kinofestivalın təşkilatçısı Tatarıstanın Mədəniyyət Nazirliyidir. "Qızıl minbər" mükafatının təsisçiləri isə Rusiyanın müftilər şurası və "İslam dünyası" televideoşirkətidir. Festivalın prezidenti Rusiyanın müfti Şurasınının sədri Ravil Qaynutdindir.

Xəbər lenti

Xəbər lenti