...

KİŞ ÇAYI GƏLƏCƏKDƏ ƏTRAFDAKI YAŞAYIŞ MƏNTƏQƏLƏRİNƏ BÖYÜK ZİYAN VURA BİLƏR

Cəmiyyət Materials 7 Sentyabr 2005 19:19 (UTC +04:00)

Kiş çayı gələcəkdə ətrafdakı yaşayış məntəqələrinə böyük ziyan vura bilər. Trend ə bu barədə AMEA -nın yer elmləri bölməsindən məlumat verilib. Coğrafiya institutunun direktoru Budaq Budaqovun bildirdiyinə görə, son 2-3 əsrdə yaylaqların intensiv otarılması, təbii dağ meşələrinin sürətlə qırılması, aşınma prosesinin güclənməsi sel strukturlarının yaranmasınna səbəb olub.

Bütün dağ çayları, o cümlədən də Kiş çayı dağları tədricən sökərək arana daşıyır. Daşdan, çınqıldan yaranan sel strukturunda suyun miqdarı 30 %-ə enib.

Kiş çayında orta hesabla 4-5 ildə güclü daşqın baş verir. Çayın hövzəsinin ümumi sahəsi 265 m2-dir. Uzunluğu 33 km olan çayın aşağı axınının sol hissəsi - Soyuqbulaqdan başlayaraq cənuba doğru seldən müdafiə məqsədi ilə tikilmiş beton divarlarla hörulub ki, bu da onun enini daraldıb. Mütəxəssislər hesab edir ki, operativ tədbirlər görulməzsə, çay yaşayış əraziləri üçün təhlukə yarada bilər.

Xəbər lenti

Xəbər lenti