İstanbulda başa çatan şotokan-karate üzrə Avropa Çempionatında Azərbaycan yığması 12 qızıl, 9 gümüş və 7 bürünc medal qazanıblar.
Ölkənin karate federasiyaları Assosiasiyasının prezidenti (AKFA) Ülvi Qulieyvin Trend ə verdiyi məlumata görə, WSKF versiyası üzrə keçirilən yarışlarda atletlərimiz şobu-ippone proqramı üzrə çox gözəl çıxış ediblər. Qurban Tağıyevin (60 kq), Mehman Eynalovun (65 kq), Rafael Ağayevin (70 kq), Seymur Hüseynovun (75 kq), Fuad Allahverdiyevin (80 kq) və Fariz Nəcəfovun (+ 80 kq) və Gülnar Musaevin səyləri nəticəsində onlar 7 mümkün çəki dərəcəsindən 6-da birinci yeri tutublar.
Karateçilərimiz artıq dördüncü Avropa çempioanıtıdır ki, burada onlar kumite komanda yarışında birinici yeri tuturlar. Sənan Əliyev 13-14 yaş dərəcəsində bütün döyüşləri udaraq 12-ci qızıl medalı qazanıb.
Ümumilikdə yarşılarda qitənin 22 ölkəsindən 900-ə yaxın karateçi iştirak edib.