...

ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONLAR KUBOKUNA START VERİLİR

Cəmiyyət Materials 17 Sentyabr 2005 12:30 (UTC +04:00)

Sentyabrın 18-də İtaliyanın Sent-Vinsent şəhərində klub komandaları arasında Avropa çempionlar kubokunun 21-ci turniri başlayır. Trend in xəbər verdiyi kimi, sentyabrın 18-dən 24-nə kimi 45 komanda trofey uğrunda mübarizə aparacaq.

İştirakçılar arasında azərbaycanlı şahmatçılar da var. Ölkəmizin ən güclü qrossmeysteri Teymur Rəcəbov Fransanın "NAO Chess Club"-nun şərəfini qoruyacaq.

Birinci lövhədə B.Karamnik, ikinci lövhədə güclü fransalı şahmatçı E.Bakro, üçüncü lövhədə rusiyalı Qrişuk, dördüncü lövhədə T.Rəcəbov, beşinci lövhədə daha bir fransalı qrossmeyster J.Lotye, altıncı lövhədə isə güclü ispan şahmatçısı F.Vallexonun oynaması bu klubun güclü olmasını sübut edən faktdır.

Ş.Məmmədyarov və R.Məmmədov Türkiyənin "Əczaçıbaşı" klubunda birinci və ikinci lövhələrdə oynacaqlar. B.Həşimov isə Türkiyənin "Mərməris" klubuna rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti