...

BMT-NİN SƏRGİ KATALOQUNA AZƏRBAYCANLI RƏSSAMIN İŞİ DAXİL EDİLİB

Cəmiyyət Materials 19 Sentyabr 2005 15:35 (UTC +04:00)

BMT-nin Cenevrə bölməsindəki müasir incəsənət sərgisində nümayiş olunan əsərlər kataloquna azərbaycanlı rəssam Mir İsmayıl Cəfərovun "Oxu Tar" adlı rəsm əsəri daxil edilib. Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend ə verilən məlumata görə, BMT nizamnaməsinin imzalanmasının 60 illiyinə həsr olunmuş sərgidə 4 MDB dövlətinin - Azərbaycan, Rusiya, Belorus və Ukrayna rəssamlarının əsərləri sərgiyə qoyulub.

Kataloqda İ.Cəfərovun əsəri haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, iyunun 26-da açılmış sərgi oktyabrın 26-na kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti