...

FUTBOL ÜZRƏ AZƏRBAYCAN SUPERKUBOKU MATÇI NAXÇIVANDA KEÇİRİLƏ BİLƏR

Cəmiyyət Materials 23 Sentyabr 2005 10:31 (UTC +04:00)

"Neftçi" və "Bakı" arasında futbol üzrə Superkubok matçı Naxçıvanda keçirilə bilər.

AFFA-nın yarışların keçirilməsi üzrə departamentinin rəhbəri Məlik Həsənovun Trend ə bildirdiyinə görə, bu addım regionda futbolun inkişafı məqsədilə atılıb. Görüşün oktyabrın 18-də Azərbaycanın müstəqillik günündə keçirilməsi planlaşdırılır. Əvvəlcə matçın avqstda, milli çempionatın başlanğıcı ərəfəsində keçirilməsi nəzərdə tutulmuşdu, lakin "Neftçi" və "Bakı"nın Avropa kuboku uğrunda oyunlarda iştirakı və futbolçuların yorğunluğunu nəzərə alaraq, AFFA görüşün vaxtını dəyişmək qərarına gəlib.

Xatırladaq ki, ölkə çempionu "Neftçi" və milli Kubokun sahibi "Bakı" komandaları superkubok uğrunda matçda iştirak etmək hüququ əldə edib.

Xəbər lenti

Xəbər lenti