...

AĞASƏLİM MİRCAVADOV: "NEFTÇİ" QURBAN QURBANOVUN VİDA OYUNUNUN TƏŞKİLATÇISI OLMAĞA HAZIRDIR"

Cəmiyyət Materials 28 Sentyabr 2005 16:45 (UTC +04:00)

"Neftçi" Qurban Qurbanovun vida oyununun təşkilatçısı olmağa hazırdır". Bu barədə Trend ə Azərbaycan çempionlarının baş məşqçisi Ağasəlim Mircavadov bəyan edib.

Məşqçi qeyd edib ki, hələlik bu məsələ komanda rəhbərliyi ilə müzakirə edilməyib, amma yəqin ki, buna müsbət cavab alınacaq. "Biz öz karyerasının ən yaxşı illərini bizə vermiş və komanda ilə titullar qazanmış futbolçunu yola salmalıyıq.Məsələ oyunun harada və nə vaxt keçirilməsidir" -deyə o qeyd edib.

Onun sözlərinə görə, "Milli komandada "Neftçi"nin kifayət qədər nümayəndəsi oynayıb və oynayır.Mən düşünürəm ki, futbolçular bu oyunda məmnuniyyətlə oynayacaq.Biz Qurbana öz borcumuzu verməliyik" -deyə A.Mircavadov öz fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti