Azərbaycanın komandası Kalininqradda keçirilən "Kəhrəba əlcəklər" beynəlxalq turnirində iki gümüş və dörd bürünc medal qazanıb.
Ölkə yığmasının baş məşqçisi Məmməd Eyvazovun Trend ə verdiyi məlumata görə, finala öz çəki dərəcələrinə görə Samir Məmmədov (51 kq) və Cavid Tağıyev (81 kq) çıxıb. Onlar müvafiq olaraq Qazaxıstan və Rusiyadan olan rəqiblərinə uduzublar. Birinci üçlüyə Rəhim Nəcəfov (54 kq), Romal Amanov (60 kq), Ruslan Xayırov (69 kq) və Fikrət Rəhimov (+91 kq) daxil olub.
Baş məşqçinin sözlərinə görə, buna baxmayaraq, üçüncü yerə çıxanların hamısı finala çıxmağa layiq idilər.
O qeyd edib ki, hakimlərin birmənalı olmayan hakimliyi alletlərə ən yüksək mükafatı almağa mane olsa da, bütünlükdə o, yarışda öz yetirmələrinin çıxışlarından razı qalıb.