...

Azərbaycanın sambo üzrə yığması Avropa birinciliyində üç medal qazanıb

Cəmiyyət Materials 19 Oktyabr 2005 15:40 (UTC +04:00)

Azərbaycanın gənclərdən ibarət yığması Salonikdə başa çatmış Avropa birinciliiyndə bir qızıl və iki bürünc medal qazanıb.

Trend bildirir ki, Zabil Fərhadov (68 kq) daha yüksək nəticə nümayiş etdirib.Finalda o, rusiyalı A.Artemyev üzərində qələbə qazanaraq özü çün birinci yeri təmin edib.Öz çəki dərəcələrində İslam Qasımov (52 kq) və Vasif Cəfərbəyov (100 kq) öz mübarizələri ilə mütəxəssislərə yaxşı təəssürat bağışlayaraq üçlüyü tamamlayıb.

Ümumi komanda hesabında qələbəni həm yeniyetmə oğlanlar, həm də yeniyetmə qızlar arasında rusiyalılar bayram edib.İkinci yeri ukraynalılar, üçüncü yeri isə Qazaxıstandan olan atletlər tutub.

Xəbər lenti

Xəbər lenti