...

Şəhriyar Məmməyarov şahmat üzrə dünya çempionatında liderlik edir

Cəmiyyət Materials 11 Noyabr 2005 14:01 (UTC +04:00)

Türkiyədə 20 yaşınadək oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının 2-ci turunda qroyssmeyster Şəhriyar Məmməyarov erməni şahmatçısı L.Babucanovla görüşüb. Trend in məlumatına görə, qara fiqurlarla oynayan Şəhriya ispan müdafiəsində vəzir cinahında piyadanın gedişinin təşkil edərək erməni şahmatçı topu qurban verməli olub. Şəhriyar 38-ci gedişdə Babucyanı məğlub olmağa məcbur edir.

Həmin turda digər qrossmeysterimiz Vüqar Haşımov gürcü şahmatçısı T.Sanikidze ilə heç-heçə oynayıb, Nicat Məmmədov isə iranlı H.Musəviyanı məğlub edib. Daha bir azərbaycanlı şahmatçı Faiq Ələsgərov da qələbə qazanıb. Yalnız F.Zeynalov ikienci partiyada uduzub.

Beləliklə, iki turdan sonra Ş.Məmmədyarov 2 mümkün haldan 2.0 xalla turnir cədvəlinə başçılıq edir. V.Həşimov və N.Məmmədovanın 1.5, F.Ələsgərovun 1 xalı var.

Qızların turnirində T.Məmmədyarova və N.Umudova ikinci turda öz partiyalarını uduzublar.

Xəbər lenti

Xəbər lenti