...

Dünya Azərbaycanlılarının II qurultayı gələn il martın birinci yarısında keçiriləcək

Cəmiyyət Materials 8 Dekabr 2005 12:32 (UTC +04:00)

Dünya azərbaycanlılarının növbəti ikinci qurultayı gələn ilin mart ayında keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

O, bildirib ki, bu il dekabrın sonuna nəzərdə tutulan qurultayın vaxtı dəyişdirildi. Bunun səbəblərinə aydınlıq gətirən N.İbrahimov deyib ki, qurultayın təşkilati və hazırlıq işlərinin dekabrın sonunadək çatdırılması mümkün deyil. Ona görə də qurultay gələn il mart ayının ilk onbeş günlüyündə keçiriləcək.

Komitə sədri onu da bildirib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, diaspor təşkilatlarımız tədbirlər keçirək, bu günü qeyd edəcəklər. Həmin tədbirlərdə Dövlət Komitəsinin əməkdaşları da iştirak edəcəklər. N.İbrahimov bu bayram münasibəti ilə hər il Bakıya xaricdən qonaqlar gəldiyini və özünün onlarla görüşlər keçirdiyini deyib.

Xəbər lenti

Xəbər lenti