...

Azərbaycanın Təhsil nazirliyi əməkdaşlıq haqqında memorandumun layihəsini Asiya İnkişaf Bankına təqdim edib

Cəmiyyət Materials 13 Dekabr 2005 12:36 (UTC +04:00)

Azərbaycanın Təhsil nazirliyi "Erkən yaş dövründə uşaqların inkişafı" layihəsinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında memorandumun layihəsini Asiya İnkişaf Bankına təqdim edib. Trend ə bu barədə nazirlikdən məlumat verilib.

Artıq layihənin texniki əsaslandırılması planı hazırdır. Layihənin 2006-cı ilin martından etibarən, onu maliyyələşdirməyə razılıq vermiş bankla kredit sazişi imzalandıqdan sonra həyata keçirilməsi planlaşdırılır. AİB ekspertləri Azərbaycan tərəfə layihəyə 10 pilot rayonundan başqa daha iki rayon - Abşeron və İsmayıllı rayonlarını da daxil etməyi təklif edir.

Xəbər lenti

Xəbər lenti