...

Azərbaycan mahnıları Amerikanın "Dünyanın səsləri" silsiləsindən olan layihəsinə daxil olub

Cəmiyyət Materials 13 Dekabr 2005 12:57 (UTC +04:00)

Mj & Associates şirkətinin Macmillan / McGrauu Hill's ilə birgə "Dünyanın səsləri" silsiləsindən olan multimediya layihəsi ABŞ-da işıq üzü görüb. Layihənin müəllifləri professor Meri Qetse və Cey Ferndir (İndiana Universiteti, ABŞ). Həmin layihə Amerika məktəblərinin şagirdlərini dünya xalqlarının musiqisi ilə tanış etmək məqsədi daşıyır.

Trend bildirir ki, Braziliya, Hanoy, Hollandiya, Zimbabve, Hindistan, İrlandiya, Kipr, Koreya, Meksika, Yeni Zelandiya, Norveç, Filippin, Cənubi Afrika və Yaponiya ilə yanaşı həmin layihənin altı DID-də Azərbaycan musinisi də öz əksini ğapıb. Azərbaycan hissəsinin müəllifi sənətşünaslıq elmləri namizədi, Bakı Musiqi Akademiyasının dosenti Aida Hüseynovadır. Yeni "Dünyanın səsləri" layihəsinə A.Hüseynova tərəfindən Qəmbər Hüseynlinin Dövlət uşaq filarmoniyası xorunun ifasında "Cücələrim"və "Bəri bax" vokal qrupunun ifasında "Bəri bax" xalq mahnısını təqdim edilib.

A.Hüseynova həmçinin Azərbaycan mahnılarının Amerika məktəbliləri tərəfindən asan öyrənilməsi üçün dərs vəsaiti olaraq audio-, foto- və videomateriallar da təqdim edib. Həmin materiallar mahnıların mətnini, tərcüməsini, transkripsiyasını, artikulyasiyasını, vokal və instrumental partiyalarını, eləcə də təqdim olunmuş mahnılarla müşayiət oluna bilən milli rəqslərin nümunələrini əhatə edir.

Mahnılarla yanaşı disklərə bizim xalq alətlərinin "səsləri" və uşaqların ifasında muğamlardan fraqmentlər daxildir.

Musiqişünas tərəfindən Amerika məktəblilərinə informasyia əlavəsi olaraq Azərbaycan, onun təbiəti, tarixi, mədəniyyəti, zəngin müsiqi ənənələri, paytaxtımızın memarlıq baxımından görünüşü haqqında foto və videomateriallar da hazırlanıb.Təqdim olunmuş materiallarda ümumiyyətlə Azərbaycan musiqisinin nadir yeri, xüsusilə müsəlman aləminin mədəniyyəti kontekstində Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin ayrıca yeri olduğu qeyd olunur.

Həmin layihəni Azərbaycan və ABŞ arasında mədəni və maarif əlaqələrinin inkişafına əsaslı töhfə kimi qiymətləndirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti