...

Şahin Diniyev "Gəncə"ni tərk etməyəcək

Cəmiyyət Materials 17 Dekabr 2005 12:18 (UTC +04:00)

Azərbaycan yığmasının baş məşqçisi ölkə çempionatının birinci dairəsinin sonunadək "Gəncə" komandasında qalacaq və klubdan tamamilə getməyəcək.

Mütəxəssis Trend ə bildirib ki, dekabrın 19-da onun klubun prezidenti Ruslan Məmmədovla görüşü planlaşdırılıb və orada Ş.Diniyev Gəncə futbolunun inkişafı ilə bağlı öz fikirlərini bildirəcək. "Belə bir klubu tərk etmək heyifdir, klub böyük səylərlə yaradılıb. Amma mən düşünürəm ki, komanda potensialını itirməyəcək. Düzdür, hələlik bilmirəm necə, amma mənim orada olmağım "Gəncə"də mütləq hiss olunacaq" -deyə məşqçi etiraf edib.

Qeyd etmək lazımdır ki, on iki turdan sonra "Gəncə" klubu "Neftçi" və "Turan" ilə eyni xal toplayaraq (21 xal olmaqla) altıncı yerdə qərar tutur, birinci dairənin son oyunu isə səfərdə MOİK-ə qarşı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti