...

Azərbaycanın yunan-Roma güləşi üzrə yığması tərkibdə problemlə üzləşib

Cəmiyyət Materials 17 Dekabr 2005 15:14 (UTC +04:00)

Yunan-Roma güləşi üzrə Dünya çempionatının gümüş mükafatçısı, dopinqə düşmüş Hüsaməddin Rəcəbovun oyunlardan uzaqlaşdırılması Azərbaycan yığmasının məşqçi heyətində müəyyən problemlər yaradacaq.

Trend bildirir ki, atletin çıxış etdiyi 66 kq-dək çəki dərəcəsi məşqçilər üçün çox problemli olub. Belə ki, "bir nömrəli" Fərid Mansurov Moskvada müalicə kursu keçir və onun xalça üzərinə nə vaxt qayıdacağı hələlik məlum deyil. 2004-cü ildə Afina Olimpiadasında yüksək qələbədən sonra güləşçi bu mövsümdə yalnız İvan Poddubnı turnirində birinci yeri tutub. Baxmayaraq ki, Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanov yeni ildə Fəridin yenidən özünü göstərəcəyinə şübhə etmir, öz qüvvəsini səfərbər etmək üçün pəhləvana vaxt lazımdır. Xüsusilə ona görə ki, travmadan sonra bərpa proseduraları uzun müddət davam edir.

Xəbər lenti

Xəbər lenti