...

Boksçu Əli İsmayılov peşəkar rinqdə dördüncü qələbəsini qazanıb

Cəmiyyət Materials 26 Dekabr 2005 11:40 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan boksçusu Əli İsmayılov peşəkar rinqdə dördüncü qələbəsini qazanıb.

Trend in xəbər verdiyi kimi, ağır çəki dərəcəsində çıxış edən idmançı Sankt-Peterburqda keçirilən turnirdə Valeri Makeyevi məğlub edib. O, ikinci raundda texniki nokautla rəqibinə qalib gələrək öz reytinqini daha da artırıb. Ə.İsmayılov indiyə kimi peşəkar rinqdə uduzmayıb və üç görüşü vaxtından əvvəl bitirib.

Yüngül çəki dərəcəsində çıxış edən Azad Əzizov isə Sergey Rubanov üzərində qələbə qazanıb.

Şounun təşkilatçısı ötən il peşəkarlar arasında Avropa çempionu adına və IBF Intercontinental tituluna layiq görülmüş Aleksandr Yaqupovun rəhbərlik etdiyi "Yaqupov və KO" qrupudur.

Xəbər lenti

Xəbər lenti