...

Elmar Hüseynovun qətlinin ildönümü günü geniş Forum keçiriləcək

Cəmiyyət Materials 2 Fevral 2006 18:57 (UTC +04:00)

Elmar Hüseynov Fondu martın 2-də - "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlinin ildönümü günü geniş Forum keçirəcək. Bu barədə Trend ə Fondun təsisçiləridən biri, "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu məlumat verib.

Qeyd edək ki, fevralın 2-də Elmar Hüseynov Fondunun təsisçilərinin toplantısı keçirilib, mərhum jurnalıistin qətlinin ildönümü ilə əlaqədar görüləcək tədbirlər müzakirə olunub. Toplantıda Fondun təsisçilərindən Arif Əliyev, Əflatun Amaşov, Azər Həsrət, Rauf Arifoğlu və Şahbaz Xuduoğlu iştirak edib.

Qərara alınıb ki, ildönümlə əlaqədar əvvəldən nəzərdə tutulmuş etiraz aksiyaları təxirə salınsın və ümumiyyətlə heç bir piket keçirilməsin. Gələn həftənin 4-cü günündən etibarən qəzet səzifələrində Elmar Hüseynovun şəkilləri və Fondun təsisçilərinin qəbul etdiyi tələblər şüar formasında çap olunacaq.

İldönüm günü - martın 2-də isə ictimaiyyətin, jurnalist təşkilatlarının, beynəlxalq qurumların və diplomatik korpusların nümayəndələrinin iştirakı ilə Elmar Hüseynov Forumunun keçirilməsinə qərar verilib. Tədbir Avropa otelində, yaxud da "Hyatt Recensy" otelinin Quba zalında keçiriləcək.

Forumdan sonra tədbir iştirakçıları Elmar Hüseynovun məzarını ziyarət edəcəklər. Sonra jurnalıistin qətlə yetirildiyi vaxtda - təxminən axşam saat 21.00 radələrində onun evinin yanına toplaşacaqlar. E.Hüseynov qətlə yetirildiyi yerdə anılacaq, xatirəsi yad ediləcək. Bununla mərhumun il mərasiminə son qoyulacaq.

Xəbər lenti

Xəbər lenti