...

Olimpiya çempionu Fərid Mənsurov martda xalça üzərinə qayıda bilər

Cəmiyyət Materials 4 Fevral 2006 14:00 (UTC +04:00)

Yunan-Roma güləşi üzrə Afina Olimpiya çempionu Fərid Mənsurov xalça üzərinə mart ayında qayıdacaq.

Milli komandanın baş məşqçisi Elçin Cəfərovun Trend ə verdiyi məlumata görə, ötən ilin əvvəllərində kürəyindən zədə alan atlet hazırda bərpa kursunu başa çatdırır. "Hazırda pəhləvan yüncül məşqlərə başlayıb, trenajyorlarla işləyir və onun qayıdışı çox da uzaqda deyil. Düşünürəm ki, o, baharın artıq ilk ayında xalça üzərinə qayıdacaq və öz azarkeşlərini yeni qələbələri ilə sevindirəcək", - mütəxzəssis bildirib.

Qeyd etmək lazımdır ki, F.Mənsurov ötən mövsümün demək olar ki, heç bir bütün yarışında iştirak etməyib. O yalnız İvan Podubnovun turnirində iştirak edərək birinci yerə çıxıb. Bu yaxınlarda o, Moskvada müalicə kursu keçib və indi onun vəziyyəti yaxşılaşmaq üzrədir.

Xəbər lenti

Xəbər lenti