...

Yeni məktəblərin inşası zəruri olan yaşayış məntəqələri müəyyən ediləcək

Cəmiyyət Materials 9 Fevral 2006 18:15 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyi yeni məktəblərin inşası zəruri olan yaşayış məntəqələrinin siyahısını hazırlayacaq və Heydər Əliyev Fonduna təqdim edəcək.AR Təhsil Nazirliyində Trend ə bildirilib ki, bu məsələ təhsil naziri Misir Mərdanovun keçirdiyi müşavirədə müzakirə olunub.

Müşavirədə qeyd olunub ki, 2005-ci ildə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana Yeni məktəb" Proqramının gerçəkləşdirilməsi çərçivəsində ölkənin ucqar rayonlarında və kəndlərində 132 məktəb inşa edilib.Fond bu təşəbbüsü 2006-cı ildə də davam etdirməyi planlaşdırır. Təhsil Nazirliyi araşdırmalar aparmalı, yeni məktəblərin inşası zəruri olan yaşayış məntəqələrini aşkar etməli, materiallar hazırlamalı və Fonda təqdim etməlidir.

Müşavirədə işçi qrupunun yaradılması və 10 gün müddətində ölkənin regionlarına göndərilməsi haqqında qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti