...

Teymur Rəcəbov ispaniyalı F.Valyexo-Ponsla heç-heçə oynayıb

Cəmiyyət Materials 24 Fevral 2006 12:52 (UTC +04:00)

Şahmat üzrə Linares-2006 superturnirinin 5-ci turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov güclü ispan şahmatçısı F.Valyexo-Ponsla heç-heçə oynayıb.

Əvvəlki turda T.Rəcəbova məğlubiyyətindən qəzəblənmiş bolqar V.Topalov bu turda ukraynalı V.İvançuku demək olar ki, darmadağın edib.

Turun yekunları üzrə macar P.Leko partiyasını heç-heçə başa vuraraq 4.0 xalla yarışın lideri olub. İkinci yerdə 3.5 xalla Svidler, üçüncü yerdə isə 3.0 xalla L.Aronyan qərarlaşıb.

2 xal toplamış T.Rəcəbov V.İvançuk, fransız E.Bakro və V.Topalovla 4-7-ci yerləri bölüşdürür. F.Valyexo-Ponsun aktivində isə 1.5 xal var.

Xəbər lenti

Xəbər lenti