...

Martın 2-də axşam saatlarında Azərbaycanda cəza çəkən iranlı məhkumlar Bakıdan Astaraya yola salınacaq

Cəmiyyət Materials 2 Mart 2006 16:40 (UTC +04:00)

Martın 2-də axşam saatlarında Azərbaycanda cəza çəkən 18 nəfər iranlı məhkum Bakıdan Astaraya yola salıncaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ramiq Ramazanov məlumat verib.

O bildirib ki, martın 3-də saat 12.00-da Astarayla İran sərhədində məhkumlar İran İslam Respublikasının penitensiar qurum əməkdaşlarına təhvil veriləcəklər. Əvəzində isə İranda cəza çəkən 1 azərbaycanlı məhkum bizim MQİBİ-nin əməkdaşlarına təhvil veriləcək.

Qeyd edək ki, məhkumların dəyişdiriməsi məhkumun cəza çəkməsi üçün vətəndaşı olduğu ölkəyə verilməsi ilə bağlı beynəlxalq konvensiyalara uyğun olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti