...

Ombudsman aparatının əməkdaşları 1 saylı istintaq təcridxanasına baş çəkib

Cəmiyyət Materials 6 Mart 2006 17:24 (UTC +04:00)

Ombudsman aparatının əməkdaşları Azərbaycanın Ədliyyə nazirliyinin məhkəmə qərarlarının icrası baş idarəsinin 1 saylı istintaq təcridxanasına baş çəkib. Bu barədə Trend ə ombudsman aparatından məlumat verilib.

Aparatın nümayəndələri burada saxlanılan şəxslərlə görüşərək onların yaşayış şəraiti, səhhəti ilə tanış olub, o cümlədən müəssisənin rəhbərliyi ilə görüşüb. Məhbusların problemləri dinlənilib. Ombudsman bu problemlərin həllinə kömək edəcəyinə söz verib.

İstintaq altında olan şəxslər onlara qarşı çıxarılmış məhkəmə qərarlarından şikayət edərək obyektiv istintaqın aparılmasında köməkliyin göstərilməsi üçün aparat əməkdaşlarına müraciət edib.

Xəbər lenti

Xəbər lenti