...

ATƏT-in Bakı ofisi Azərbaycanda insan haqlarının pozulması faktları üzrə şikayətlərin toplanılmasını davam etdirir

Cəmiyyət Materials 10 Mart 2006 12:46 (UTC +04:00)

ATƏT-in Bakı ofisinin İnsan ölçüləri Departamenti Azərbaycanda insan haqlarının pozulması faktları üzrə şikayətlərin toplanılmasını davam etdirir. ATƏT-in Bakı ofisinin mətbuat katibi Ülvi Axundlunun Trend ə verdiyi məlumata görə, hüquqları bu və ya digər dərəcədə məhdudlaşdırılan Azərbaycan vətəndaşı ATƏT-in nümayəndəliyinə yazılı şikayətlə müraciət etmək hüququna malikdir. Zorakılıq və ya işgəncə faktları barədə informasiyalara xüsusi diqqət verilir.

Ü.Axundlu bu proseduranın ATƏT-in Bakı ofisinin mandatına müvafiq olaraq keçirildiyini bildirib. Onun sözlərinə görə, toplanan informasiya ofisin işi üçün "siqnal" rolunu oynayır, ATƏT-in Azərbaycan üzrə mərüzəsinin hazırlanmasında istifadə olunur, eləcə də respublikanın müvafiq dövlət instansiyalarına göndərilir. "Bizxim dövlət orqanlarına müraciətimiz artıq dəfələrlə müsbət nəticələr verib", - deyə o bildirib və hər ilin sonunda bu informasiyanın ümumiləşdirildiyi və gələcəkdə baxılmaq üçün Varşavaya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna göndərilir.

Ü. Axundlunun sözlərinə görə, daxil olan ərizələr barədə informasiya həmçinin, ATƏT-in Bakı ofisi ilə əməkdaşlıq edən QHT də göndərilir.

Ü.Axundlu qeyd edib ki, ofisə əsasən 3 əsas mövzular üzrə - seçki prosesinin gedişində pozuntular, vətəndaşların hüquqları ilə bağlı şikayətlər, eləcə də hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətində pozuntularla bağlı müraciətlər daxil olur.

Xəbər lenti

Xəbər lenti