...

Azərbaycanın Ekologiya Nazirliyi meşə yanğınlarının qarşısını almaq məqsədilə xüsusi tədbirlər planı hazırlayıb

Cəmiyyət Materials 13 Mart 2006 16:24 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə yanğınlarının qarşısını almaq üçün xüsusi tədbirlər planı işləyib hazırlayıb. Trend in məlumatına görə, bu barədə nazirliyin martın 13-də yayılmış press-relizində bildirilir.

Son günlər davam edən isti və yağmursuz hava şəraitindən sonra martın 9-da baş vermiş güclü qasırğa nəticəsində Quba, Qusar, Lerik və Yardımlı rayonlarındakı meşələrdə yanğınlar baş verib. İlkin araşdırmalar göstərib ki, yanğınlara odla ehtiyatsız rəftar səbəb olub. Yardımlıda 0,4 ha meşə sahəsində, Lerikdə isə 3 ha meşəlik ərazidə yanğınlar qeydə alınıb. Meşə mühafizəsi və bərpası idarəsinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində alovu söndürmək mümkün olub.

Bununla əlaqədar, Ekologiya Nazirliyi əhalini odla ehtiyatla davranmağa və oddan təhlükəsiz istifadə qaydalarına əməl etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti