...

Azərbaycanlı karateçilər Nigeriya komandası ilə təlim-məşq toplanışları keçirir

Cəmiyyət Materials 14 Mart 2006 16:46 (UTC +04:00)

Hazırda Bakıda olan Nigeriya yığması milli komanda ilə birgə təlim-məşq toplanışları keçirir.

WKF (World Karate Federation) üzrə Milli Assosiasiyanın prezidenti Yaşar Bəşirovun Trend ə verdiyi məlumata görə, afrikalı atletlərlə gündəlik məşqlər komandaya qarşıdakı yarışlara yaxşı hazırlaşmağa kömək edəcək. "Aprelin əvvəlində komanda İstanbulda çıxış edəcək, daha sonra isə öz gücünü ABŞ-da keçiriləcək açıq çempionatda sınayacaq. Buna görə də nigeriyalılarla birgə məşqlər lap yerinə düşüb", - deyə o vurğulayıb.

Qeyd etmək lazımdır ki, birgə məşq toplanışlarında Hidayət Şabanov və Vahid Eyvazovun rəhbərliyi ilə yarışlara hazırlaşan 20 atlet iştirak edir.

Xəbər lenti

Xəbər lenti