...

Azərbaycan gimnastları Tyedə Qran-Pri turnirində çıxış edəcək

Cəmiyyət Materials 22 Mart 2006 16:11 (UTC +04:00)

Azərbaycanın aparıcı gimnastları martın 25-26-da Fransanın Tye şəhərində keçiriləcək Qran-pri turnirinin üçüncü mərhələsində çıxış edəcək.

Milli Federasiyanın mətbuat mərkəzində Trend ə bildirilib ki, turnirə martın əvvəlində Moskvada keçirilmiş Qran-pri-də uğurla çıxış etmiş Anna Qurbanova və Aliyə Qarayeva yollanacaq.

Tyedəki bu yarışla paralel olaraq qrup məşğələlərində olan komandalar üçün beynəlxalq turnir də keçiriləcək. Vəfa Hüseynova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Üeqay, Alina Trepina və Anastasiya Prasolova Azərbaycan komandasının tərkibində çıxış edəcək.

Xatırladaq ki, bu il bizim qrup komandamız üçün uğurlu başlayıb - qızlar Estoniyada keçirilmiş beynəlxalq turnirdə rusiyalı gimnastları geridə qoyaraq yarışın qalibi olublar.

Xəbər lenti

Xəbər lenti