...

Fransa və Belçikanın voleybol üzrə qadınlardan ibarət yığmaları Azərbaycana gələ bilər

Cəmiyyət Materials 23 Mart 2006 11:18 (UTC +04:00)

Fransa və Belçikanın voleybol üzrə qadınlardan ibarət yığmaları iyunda Qubada keçiriləcək beynəlxalq turnirdə iştirak edə bilər.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin məlumatına görə, bu komandaların iştirakı hələlik təsdiqlənməyib, ancaq yığmalar Azərbaycana səfərdə maraqlı olduğunu bildirib. "Azərbaycanlı azarkeşlərin fransızların və belçikalıların oyununu izləyə biləcəkləri hələlik məlum deyil. Hər şey yaxın vaxtlarda aydınlaşacaq. Yalnız o məlumdur ki, Qubaya Puerto-Rikodan kollektiv
gələcək", - deyə o qeyd edib. Həmçinin, turnirdə belorusların da iştirakı istisna edilmir.

Xatırladaq ki, Faiq Qarayevin yetirmələri hazırda məzuniyyətdədir və voleybolçular gələn ayın əvvəlində qayıdacaq.

Xəbər lenti

Xəbər lenti