...

Vərəmin müayinəsi üçün Almaniyadan Azərbaycana gətirilmiş 4 müasir aparatdan 1-i dustaqlar üçün ayrılıb

Cəmiyyət Materials 24 Mart 2006 18:40 (UTC +04:00)

Vərəmin müayinəsi üçün Almaniyadan Azərbaycana gətirilmiş 4 aparatdan 1-i dustaqlar üçün ayrılıb. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Səhiyyə İdarəsinin rəisi Rafael Mehdiyev məlumat verib.

İdarə rəisinin sözlərinə görə, müasir aparatla aparılan müayinələr vərəmli məhbusların xəstəliyini daha operativ müəyyən edəcək ki, bunun da sayəsində onların müalicəsi daha effektli olacaq. Müasir aparat Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin tabeliyindəki 3 saylı Müalicə Müəssisəsində quraşdırılıb. Aparat vərəmin ən son növünü belə müəyyən etmək imkanına malikdir.

İdarə rəisi həmçinin vurğulayıb ki, Müalicə Müəssisəsinin müasir tipli aparatla təmin edilməsi məhbusların vərəmə yoluxmasına qarşı mübarizənin tərkib hissəsidir. Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsi bu sahədə imkanlarını daha da genişləndirməyə və həbsxanalarda vərəm xəstəliyinə yoluxma hallarının qarşısının birdəfəlik alınmasına çalışır.

Bunun üçün isə Müalicə Müəssisəsinə müasir müayinə aparatı ilə yanaşı müvafiq dərman preparatları da verilib.

Xəbər lenti

Xəbər lenti