...

Mayda Lənkəranda yeni müalicə diaqnostika mərkəzinin istismara verilməsi gözlənilir

Cəmiyyət Materials 25 Mart 2006 15:09 (UTC +04:00)

Mayda Lənkəranda yeni müalicə diaqnostika mərkəzinin istismara verilməsi gözlənilir. Azərbaycan Dövlət Neft şirkətindən Trend ə verilən məlumata görə, hazırda binada bəzək işəri aparılır, tibbi avadanlıqlar gətirilib və bu avadanlıqların quraşdırılmasına başlanılıb. Qeyd edək ki, tikinti işləri ARDNŞ-in vəsaiti hesabına həyata keçirilir. Avadanlıq "Simens" və "Frizenius" şirkətlərindən alınıb. Avadanlıqların alınması məqsədilə mərkəz üçün $2 mln ayrılıb.

ARDNŞ-dən bildirilib ki, avadanlıqlar təqribən bir ay ərzində quraşdırılacaq. Müəssisədə ən müasir avadanlıqlarla (ultrasəs avadanlıqlar, kardioqraf, exokardioqraf və s.) təchiz olunmuş dializ, təcili yardım, funksional diaqnostika, həmçinin, şüa diaqnostikası (kompüter tomoqrafiyaları üçüq aparatlar, rentgen və s.) şöbələri fəaliyyət göstərəcək.

Analoji mərkəzlərin tikintisinə Əli-Bayramlı, Bərdə, Gəncə, Qazax, Qəbələ, Naxçıvanda da başlanılıb. Bir sıra regionlarda hazırlıq işləri görülür.

Layihə 2004-2008-ci illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Müəssisələr istismara verildikdən sonra burada 200-250 nəfər işləyəcək.

Xəbər lenti

Xəbər lenti