...

31 mart – Azərbaycanlıların soyqırımı günü Kanadada mitinq keçiriləcək

Cəmiyyət Materials 27 Mart 2006 14:02 (UTC +04:00)

31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Kanadanın paytaxtı Ottavada mitinq keçiriləcək. Bu barədə Trend ə aksiyanın təşkilatçılarından olan Kanadada yaşayan azərbaycanlı Saleh İldırım məlumat verib.

Mitinq martın 31-də saat 12.00-dan 14.00-dək Ermənistan səfirliyinin, UNESKO və Kanada Parlamentinin qarşısında keçiriləcək. Aksiyaya Montreal və Toronto şəhərlərində yaşayan azərbaycanlılar, həmçinin Kanadadakı türk-Azərbaycan diaspor qurumlarının nümayəndələri qatılacaqlar. Mitinq Ermənistan səfirliyinin qarşısından başlanacaq. Aksiyada Ermənistanın Azərbaycanın torpaqlarına təcavüzü, ermənilərin törətdikləri soyqırım və terrorlara etiraz bildiriləcək. 1918-ci ilin mart ayında erməni daşnakları və silahlı quldurları tərəfindən 40 mindən çox azərbaycanlının amansızca qətlə yetirilməsi faktı pislənəcək. Həmçinin Kanada Parlamentindən və benyəlxalq təşkilatlardan bu qanlı soyqırımın tanınması tələb olunacaq.

Xəbər lenti

Xəbər lenti